Tanınmış rus yazıçısı haqqında yeni kitab işıq üzü görüb

A- A A+

NUHÇIXAN xəbər verir ki, publisist-politoloq Reyhan Mirzəzadənin “Böyük və qüdrətli rus şair və yazıçısı İvan Andreyeviç Krılov” adlı kitabı işıq üzü görüb. Kitabda dünya şöhrətli rus yazıçısı, dramaturqu və şairi İvan Andreyeviç Krılovun həyat və yaradıcılığından bəhs olunur. Nəşrdə bu böyük rus mütəfəkkiri haqqında dövrünün ziyalılarının söylədiyi fikirlər, ustalıqla yazdığı təmsillər, şeirlər və digər əsərlərindən nümunələr yer alıb. Azərbaycan ədəbi mühitində, xüsusilə təmsil yazan şairlərin yaradıcılığında Krılovun yeri və təsiri də kitabda oxuculara təqdim olunur.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəfis şəkildə çap edilən kitabda  İvan Andreyeviç Krılovla bağlı müxtəlif  fotolar da yerləşdirilib.

“Böyük və qüdrətli rus şair və yazıçısı İvan Andreyeviç Krılov” kitabı geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: