Nazir müavini: 2060-cı ilə qədər plastik tullantıların həcmi 3 dəfə arta bilər

A- A A+

Dünya üzrə plastik tullantılar sürətlə artır və bu məsələ həm ətraf mühit, həm də iqtisadiyyat üçün böyük problem hesab olunur. Mikroplastiklər artıq içməli suda, dəniz məhsullarında, havada, hətta insan qanında aşkar edilib. Plastik tullantıların düzgün idarə olunmaması öz növbəsində ekosistemlərin pozulmasına, dənizdəki və qurudakı canlıların məhv olmasına, həmçinin insan sağlamlığı üçün risklərin artmasına səbəb olur.

NUHÇIXAN xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Plastik çirklənmə ilə mübarizə: Yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" mövzusunda keçirilən tədbirdə deyib.

"Dünyada hər il 430 milyon tondan çox plastik istehsal edilir ki, bunun da üçdə ikisi yalnız bir istifadədən sonra tullantı kimi atılır. İstehsal olunan plastikin yalnız 9-10 faizi təkrar emal edilir. Plastik tullantıların təxminən 19 faizi yandırılır, qalan hissə isə poliqonlara və ya ətraf mühitə atılır. Əgər mövcud tendensiya davam etsə, 2060-cı ilə qədər plastik tullantıların həcmi təxminən 3 dəfə arta bilər", - deyə V.Kərimov qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: