NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şahbuz rayonunda “Yerli özünüidarə orqanlarının fəaliyyətində qanunçuluğun təmin edilməsi və ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin rolu” mövzusunda seminar təşkil edib.
Seminarda Ədliyyə Nazirliyinin əməkdaşı Cəfər Zülfüqarov Yerli özünüidarə orqanlarının fəaliyyətində qanunçuluğun təmin edilməsi və bələdiyyələrin qarşılıqlı münasibətləri ilə bağlı çıxış edib.
Tədbirdə Ailə təsərrüfatlarının əhəmiyyəti, onların inkişafında bələdiyyələrin rolu, həmçinin bələdiyyə torpaqlarının icarəyə verilməsi, o cümlədən bələdiyyə mülkiyyətinin idarə olunması ilə bağlı məsələlərdən danışılıb.
Mütəxəssislər verilən sualları ətraflı cavablandırıblar. İştirakçılara “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair” sənədlər toplusu və “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı”na dair metodik vəsaitlər təqdim olunub.