Natiq Məmmədli: Azərbaycan mediası COP29-da yazdığı uğur hekayəsini WUF13-də bir daha təkrarlayır

A- A A+

Medianın İnkişafı Agentliyi Azərbaycan mediasının BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasındakı (WUF13) fəaliyyətini yüksək qiymətləndirir.

NUHÇIXAN xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi (MEDİA) İcraçı direktorun müavini Natiq Məmmədli WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Biz çox sevinirik ki, Azərbaycan mediası COP29-da yazdığı uğur hekayəsini WUF13-də bir daha təkrarlayır. Həm Azərbaycanın daxili auditoriyası, həm də beynəlxalq auditoriya üçün WUF13-lə bağlı vacib mesajların çatdırılmasında mediamız çox mötəbər mənbə funksiyasını çox layiqincə yerinə yetirdi", - deyə Natiq Məmmədli qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: