DMX-nin rəisi: WUF13-ün Bakıda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir

A- A A+

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun, diplomatik uğurunun, qlobal müzakirələrə verdiyi aktiv töhfənin, eyni zamanda, dayanıqlı inkişaf gündəliyinə verdiyi aktiv töhfənin göstəricisidir.

NUHÇIXAN xəbər verir ki, bunu WUF13 çərçivəsində jurnalistlərə açıqlamasınfa Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, sessiya çərçivəsində əsas diqqətçəkən istiqamətlərdən biri "miqrasiya və şəhərlər" mövzusudur: "Bu istiqamətdə keçirilən yüksəksəviyyəli tədbirdə bildirilib ki, bugünkü müzakirələr iki həftə əvvəl BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilmiş Beynəlxalq Miqrasiya İcmalı Forumunun davamı xarakterini daşıyır".

DMX-nin rəisi əlavə edib ki, dünyada miqrasiya prosesləri sürətlə artır. 2050-ci ilə qədər dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır: "Bugünkü tədbirdə keçirilən müzakirələrdə də birmənalı olaraq qeyd edildi ki, şəhərsalma siyasəti ilə miqrasiya siyasəti bir-birini tamamlamalıdır və məqsəd dayanıqlı, inklüzivyönümlü, deməli, şəhərlərin formalaşması və bu yönümdə miqrasiya siyasətinin verə biləcəyi töhfələrdən danışmaqdır. Təbii ki, miqrasiya proseslərinin ən çox təzahür etdiyi məkanlar şəhərlərdir və miqrasiyanın müsbət təsirləri də ancaq doğru şəhər idarəetməsi sayəsində əldə edilə bilər. Bu baxımdan müzakirələr çox səmərəli keçirildi",- deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: