Cəlilkənddə "Molla Nəsrəddin" jurnalının 113 illiyi qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadənin Cəlilkənddəki "Xatirə" muzeyində  "Molla Nəsrəddin" jurnalının nəşrinin 113 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Şərur rayon Mədəniyyət Şöbəsinin əməkdaşı Sabir Cəfərov  görkəmli yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə fəaliyyətə başlayan “Molla Nəsrəddin” jurnalının  xüsusi ədəbi məktəb yaratması,  milli mətbuatımızın inkişafına verdiyi töhfələrdən danışıb. Vurğulanıb ki, xalq yumorundan, klassik Azərbaycan ədəbi və dünya bədii-publisist irsinin ənənələrindən məharətlə bəhrələnərək publisistikamızı janr, üslub baxımından zənginləşdirən jurnal yalnız Azərbaycanın deyil, eləcə də Yaxın Şərq ölkələrinin ədəbiyyatlarında demokratik meyllərin güclənməsinə ciddi təsir göstərib.

Digər çıxış edənlər “Molla Nəsrəddin” jurnalının fəaliyyətindən ətraflı bəhs ediblər. Bildirilib ki, jurnal Azərbaycanın tarixi ərazilərini əhatə edib, sözün əsl mənasında böyük və bütöv Azərbaycan ideyasını ortaya qoyub. Vətən, dil və milli istiqlal məsələsi jurnalın əsas məqsədi və yaradıcılıq məramını təşkil edib.

Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış olub.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: