Azərbaycan, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edən ölkə olaraq, davamlı şəhər inkişafına, ekoloji məsuliyyətə və iqlimə dayanıqlığa xüsusi diqqət yetirir.
NUHÇIXAN-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev WUF13 çərçivəsində keçirilən "Azərbaycanın ilk milli davamlılıq standartının hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" adlı tədbirin iştirakçılarına videomüraciətində deyib.
Onun sözlərinə görə, Azərbaycanın ilk milli dayanıqlı inkişaf standartının hazırlanması dövrümüzün əsas çağırışlarından birinə vaxtında verilən praktiki cavabdır, dayanıqlı inkişaf sahəsində qlobal ambisiyaları milli və yerli səviyyələrdə konkret tədbirlərə çevirir.
"İlk milli standartın hazırlanması mühüm mərhələdir. Bu, dayanıqlı inkişafın strategiya və bəyannamələrlə məhdudlaşmamalı olduğunun getdikcə daha yaxşı dərk edilməsini əks etdirir. O, planlaşdırma proseslərinə, layihələrin idarə edilməsinə və gündəlik institusional praktikaya inteqrasiya olunmalıdır. WUF13-ə ev sahibliyi edən ölkə kimi Azərbaycan dayanıqlı şəhər inkişafına, ekoloji məsuliyyətə və iqlimə dayanıqlılığa xüsusi diqqət yetirir. Forumun özünün təşkili də dayanıqlı inkişaf prinsiplərini, o cümlədən tədbirlərin keçirilməsinə daha ekoloji yanaşmaları və beynəlxalq dayanıqlıq standartlarının tətbiqini nəzərə alır", - M.Babayev bildirib.
