Mayın 26-da Naxçıvan şəhərində Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində velosipedlə “Sağlam şəhər turu” aksiyası keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, saat 11:00-da start götürəcək aksiyanın əsas məqsədi sağlam həyat tərzinin təbliği və təşviqi, ekoloji mədəniyyətin aşılanması, eyni zamanda Naxçıvan şəhərinin tarixi və müasir memarlıq nümunələrinin tanıdılmasından ibarətdir.
Qeyd olunub ki, velotura velosipeddən istifadə etməyi bacaran hər bir şəxs qoşula bilər. Turun başlanğıc və bitmə nöqtəsi Naxçıvan Tibb Kollecinin önü olacaq. Marşrutun ümumi uzunluğu təxminən 7,5 kilometr təşkil edir.
