Rusiyada daşınmaz əmlak üzrə vergi qanunvericiliyi daim təkmilləşdirilir və mövcud sistemə əsasən, ölkədə əmlakın dəyərindən asılı olaraq artan vergi dərəcələri tətbiq edilir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin Şəhər və Regional İnkişaf Fakültəsinin nümayəndəsi İrina İlyina Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Ədalətli əmlak vergisi davamlı şəhər inkişafının hərəkətverici gücü kimi” mövzusundakı tədbirdə çıxışı zamanı deyib.
Ölkədəki mövcud mənzil fondunun strukturuna toxunan İ.İlyana hazırda Rusiyada təxminən 72 milyon kvadratmetr yaşayış sahəsinin olduğunu, bunun 70 faizinin çoxmərtəbəli binalardakı mənzillərin, 29 faizinin isə fərdi yaşayış evlərinin payına düşdüyünü söyləyib: “Mövcud sistemə əsasən, vergi dərəcəsi 10 milyon rubla qədər olan əmlak üçün 0,1 faiz, 50 milyon rubldan yuxarı olan obyektlər üçün 0,3 faiz, 300 milyon rubldan artıq dəyəri olan daşınmaz əmlak üçün isə 2,5 faiz müəyyən edilib. Bu göstəricilər ilk baxışda yüksək görünə bilər. Məsələn, 300 milyon rubl dəyərində olan bir əmlak üçün 2,5 faiz vergi təxminən 6 milyon rubl edir. Lakin burada əsas məqam ondan ibarətdir ki, hər bir əmlak üzrə vergi bazası onun bazar qiyməti deyil, kadastr dəyəri əsasında müəyyən olunur".
