Yeni ərik bağı salındı

A- A A+

Gümrahlıq mənbəyi, sağlamlıq qaynağı olan, əhval-ruhiyyəmizin yüksək olmasında yaratdığımız yaşıllığın, saldığımız bağların böyük rolu var. Yaşıllıq  təmiz havanın və oksigenin mənbəyidir. İnsan orqanizminin normal və sağlam fəaliyyəti də bu mənbədən qidalanır. Mütəxəssislərin tədqiqatlarına əsasən,  çinar ağacının bir gündə “istehsal etdiyi” oksigen 60-a yaxın adamın normal tənəffüsünə bəs edir. Bir çinar ağacı gün ərzində 200 litrə yaxın suyu buxarlandırır. Bir hektar ardıc meşəsi böyük bir şəhərin zərərli bakteriyalarını məhv edə bilir. Buna görə də bu gün Şahbuz rayonunun müxtəlif istiqamətdə  uzanan yollarının kənarlarında çinar, ardıc və başqa ağaclar boy-boya verib. Çinar, akasiya, həmişəyaşıl ardıc kimi ağacların nizamla düzülüşü həm də yolboyu insana mənəvi rahatlıq bəxş edir, onun estetik zövqünü oxşayır. 

Növbəti yaşıllaşdırma tədbirində də bu amil nəzərə alınaraq  Şahbuz-Batabat magistral yolunun kənarlarına 120 çinar, 105 akasiya, 130 həmişəyaşıl, 70 ardıc tingi əkildi.

Həmin gün sakinlər “Ağac əkək, bağ salaq” çağırışına sadiq qalaraq Daylaqlı kəndi ərazisində 1 hektar sahəyə 1000 ərik tingi əkməklə yeni bağ da salıblar.

  

                                        “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: