Claudine Karaki: Livanda mənzil böhranı artıq kimlik və mədəni irs məsələsinə çevrilib

A- A A+

Livanda davam edən böhran mənzil sektoruna, şəhər infrastrukturuna və tarixi-mədəni irsə ciddi təsir göstərib.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Livanın aidiyyəti nazirliyinin müşaviri Claudine Karaki Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində BMT-Habitat və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma təsirləri” mövzusunda tədbirdə çıxışında deyib.

“Son 18 ay ərzində Livanın cənubunda 55 tarixi kənd dağıdılıb. Tarixi bazarlar və yüzlərlə qədim binaı zərər görüb”, – deyə o bildirib.

Müşavir əlavə edib ki, UNESCO-nun mühafizəsi altında olan Bəəlbək və Tir bölgələri də münaqişənin təsirinə məruz qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: