Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar - FOTOLAR

A- A A+

Mayın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Urban Expo" sərgisinə baxıblar.

NUHÇIXAN xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycanın, o cümlədən müxtəlif ölkələrin milli pavilyonlarında və stendlərində təqdim edilən layihələr və innovativ şəhərsalma həlləri ilə tanış olublar.

Onlar ziyarətçilər və iştirakçılar ilə görüşərək xatirə şəkilləri çəkdiriblər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: