Bugün muxtar respublikamızda hansı ünvana üz tuturuqsa, mütləq bir yeniliyin şahidi olur, qürur hissi duyuruqki, Naxçıvan günü-gündən yenilənir, gözəlləşir. Qədim diyarımızın əvvəlki simasını göz önünə gətirəndə qısa müddət ərzində belə böyük dəyişikliklərin baş verməsinə təəccüblənməyə bilmirsən. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrası Şərurda da uğurla həyata keçirilir. Artıq rayonun 50-dək yaşayış məntəqəsi yeniləşən kəndlər siyahısına daxil edilib. İnşaatçıların əli ilə tikilən sosial-mədəni obyektlər, yaradılan infrastrukturlar nəticəsində kəndlərimizə şəhər görkəmi verilib.
Təxminən iki aydır ki, Muğanlı kəndi də əsl tikinti meydançasını xatırladır. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şərur Rayon İdarəsinin inşaatçıları kənddə iki mərtəbəli, 224 şagird yerlik yeni təhsil ocağının inşasına başlayıblar. Binada sinifotaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter və elektron lövhəli siniflər, hərbi kabinə, idman zalı, direktor, psixoloq və müəllimlər üçün otaqlar müəllim və şagirdlərin ixtiyarına veriləcək. Əsas binadan biraz kənarda qazanxana və bufet inşa olunur.
Bir qədər aralıda isə üçmərtəbəli kənd mərkəzi ucaldılır. Binanın birinci mərtəbəsində həkim ambulatoriyası yerləşəcək. İkinci və üçüncü mərtəbələrdə ərazi icra nümayəndəliyi, YAP-ın ilk təşkilatı, poçt, ATS, klub, kitabxana, polis və baytarlıq məntəqələri fəaliyyət göstərəcək, onların norma lişləməsi üçün hər tərəfli şərait yaradılacaqdır. Kənddəki digər bir quruculuq ünvanı xidmət mərkəzi üçün inşa olunan binadır. Bu binada ət dükanı, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi, bərbər, qadın gözəllik salonu yerləşəcəkdir.
Layihəyə uyğun olaraq kənd yolları da əsaslı şəkildə yenidən qurulacaq, bütün infrastrukturlar yenilənəcəkdir.
Kənddə eyni vaxtda birneçə quruculuq işinin həyata keçirilməsi bu yaşayış məntəqəsinin sakinlərini ürəkdən sevindirir. Kəndin sakini, uzun illər Muğanlı kənd tam orta məktəbini ndirektoru vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Əməkdar müəllimi İsa Hüseynov deyirki, 1969-1982-ci illərdə rayonumuzda da tikinti-quruculuq işlərinin həcmi ölçüyə gəlməz dərəcədə artmışdı. Təəssüfki, sonralar SSRİ kimi böyük məkanda gedən siyasi proseslər yurdumuzada mənfi təsirini göstərdi. Yalnız ümummilli lider ölkədə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu sahədə vəziyyət müsbətə doğru dəyişdi. Bugün doğma Naxçıvanımız əsl quruculuq, yüksəliş yolundadır. Hər günümüz, hərayımız, hər ilimiz yeni uğurlarla, yeni nailiyyətlərlə yadda qalır. Bu müstəqil ölkəmizdə insan amilinə yönəldilən diqqətin bariz ifadəsidir.
Mehman Məmmədov
“Şərurun səsi” qəzeti