”ASAN xidmət” və BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisi arasında əlaqələr genişlənir - FOTOLAR

A- A A+

Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Təhlükəsiz və Dayanıqlı Şəhər və İcmaların Qurulması üzrə Regionlararası Dialoq: Sürətlə Şəhərləşən Qlobal Cənub üçün Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq çərçivəsində İnnovativ Tərəfdaşlıqlar və Həllər” adlı tədbir təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev “ASAN xidmət” modelinin dövlət idarəçiliyində innovativ yanaşmaların tətbiqi, vətəndaş məmnuniyyətinin artırılması və ictimai xidmətlərin əlçatanlığının genişləndirilməsi sahəsində əldə etdiyi uğurlardan bəhs edib. Qeyd olunub ki, ”ASAN xidmət” Cənub-Cənub əməkdaşlığı çərçivəsində innovativ dövlət xidmətləri sahəsində təcrübə mübadiləsinə xüsusi əhəmiyyət verir.

Paneldə BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru Dima Al-Xəttib, BMT-nin Məskunlaşma Proqramının regional direktoru Patrik Kanaqasinqham və digər yüksəkvəzifəli rəsmilər sürətli şəhərləşmə, iqlim çağırışları və artan sosial tələbat fonunda inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Tədbir çərçivəsində iştirakçılar dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılmasında dövlət xidmətlərinin rolu, innovativ həllərin təşviqi və beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: