Şuşa və Naxçıvanda DİM-lərin lokallaşdırılması üzrə struktur proses başlayıb

A- A A+

Şuşa və Naxçıvan kimi şəhərlərdə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması üzrə struktur prosesə başlanılıb. Həmin proses daha inklüziv şəhərsalma, güclü yerli idarəetmə, inkişaf etmiş infrastruktur, daha yüksək iqlim dayanıqlılığı və daha keyfiyyətli ictimai xidmətlər vasitəsilə qlobal öhdəlikləri yerli nəticələrə çevirir.

NUHÇIXAN xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov WUF13 çərçivəsində keçirilən “Strateji Ekoloji Qiymətləndirmə şəhər planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” tədbirində çıxışı zamanı deyib.

"Strateji Ekoloji Qiymətləndirmə bu gündəliyi birbaşa dəstəkləyir və DİM 11 — Dayanıqlı şəhərlər, DİM 13 — İqlim fəaliyyəti, DİM 9 — İnfrastruktur və innovasiya, DİM 12 — Məsuliyyətli istehlak və istehsal, eləcə də DİM 15 — Quruda həyat məqsədlərini bir-biri ilə əlaqələndirir. Həmin məqsədlər bir-biri ilə sıx bağlıdır və SEQ siyasətçilərə onları ayrı-ayrılıqda deyil, kompleks şəkildə həll etməyə imkan verən əsas alətdir", - deyə o diqqətə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: