Sloveniya rəsmisi: UNESCO çərçivəsində SEQ protokolu reallıqda 17 DİM-dən 11-i ilə birbaşa əlaqəlidir

A- A A+

Strateji Ekoloji Qiymətləndirmə (SEQ) protokolu UNESCO konvensiyası çərçivəsində həyata keçirilir və ətraf mühit üçün sərhədlər mövcud deyil. Beynəlxalq ətraf mühit sistemi məcburi çərçivə rolunu oynayır və proqramların, planların və layihələrin dayanıqlılığını tənzimləyir.

NUHÇIXAN xəbər verir ki, bunu Sloveniya Respublikasının Ətraf Mühit, İqlim və Enerji Nazirliyinin katibi Vesna Kolar Planinşiç WUF13 çərçivəsində keçirilən “Strateji Ekoloji Qiymətləndirmə şəhər planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq konvensiyalar çərçivəsində öhdəliklər tərəflər arasında beynəlxalq əməkdaşlıq üçün prosedur qaydaları müəyyən edir:"Hazırda UNESCO regionunda protokola qoşulmuş 35 tərəf mövcuddur, lakin bu sənəd Avropa İttifaqına üzv dövlətlərin qoşulması üçün açıqdır. Bu isə həmin alətdən gələcəkdə daha “yaşıl” inkişaf üçün istifadə etmək baxımından böyük potensial yaradır. Bundan əlavə, ictimai iştirakçılıq, bildiriş prosedurları, praktiki tətbiq, qabaqcıl təcrübələr və institusional potensialın gücləndirilməsi ilə bağlı çoxsaylı təlimatlar mövcuddur ki, bunlar da son dərəcə vacibdir. Əlbəttə ki, UNESCO çərçivəsində SEQ protokolu reallıqda 17 Dayanıqlı İnkişaf Məqsədindən (DİM) 11-i ilə birbaşa əlaqəlidir. Biz bu dəstəkləyici alət vasitəsilə həmin 11 dayanıqlı inkişaf məqsədinə nail olmağa çalışırıq".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: