Rafael Tuts: Mənzil məsələsinə yalnız tikinti kimi yanaşmaq olmaz

A- A A+

Strateji Ekoloji Qiymətləndirmə (SEA) həm də iqlim və mənzil məsələlərinin kəsişməsinə birbaşa toxunur ki, bu da Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əsas mövzularından biridir. Mənzil məsələsinə yalnız tikinti problemi kimi yanaşmaq olmaz. Bu həm də torpaq, xidmətlər və idarəetmə məsələsidir. Buna görə SEA sadəcə texniki alət deyil, həm də idarəetmə vasitəsidir. O, planlaşdırma proseslərinə sübutları, alternativləri və ictimai iştirakçılığı daxil edir, şəffaflığı, etimadı və hesabatlılığı gücləndirə bilir.

NUHÇIXAN xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərsalmada iqlim hədəflərinə nail olmaq üçün Strateji Ətraf Mühitin Qiymətləndirilməsi vasitə kimi” adlı tədbirdə çıxış edərkən deyib.

O, bunun xüsusilə vacib olduğunu qeyd edib: “Çünki bir çox ölkələr öz Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələrini (NDC), Milli Adaptasiya Planlarını və digər iqlim öhdəliklərini milli və yerli icra mərhələsinə keçirirlər. Şəhər və ərazi planları həmin öhdəliklərin real həyata keçdiyi məkanlardır. Buna görə də SEA iqlim ambisiyaları ilə praktiki icra arasında körpü rolunu oynaya bilər. Həmçinin regionlarda, o cümlədən bu bölgədə SEA Protokolunun inkişafı və tətbiqində UNECE-nin mühüm rolunu xüsusi qeyd etmək istəyirəm. Azərbaycanın isə 2014-cü ildən bəri topladığı təcrübə bu alətlərin şəhər və ərazi planlaşdırılmasına daha dərindən necə inteqrasiya edilə biləcəyini müzakirə etmək üçün çox yaxşı imkan yaradır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: