BMT Baş katibinin müavini Azərbaycanın yenidənqurma prosesini nümunə kimi qiymətləndirib

A- A A+

Azərbaycanın öz ərazilərində həyata keçirdiyi yenidənqurma, davamlı sülh və inkişaf prosesi infrastrukturun bərpası, icmaların reinteqrasiyası və iqtisadi potensialın açılması baxımından nümunədir.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri BMT Baş katibinin müavini Amina Mohammed BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mətbuat konfransında deyib.

O bildirib ki, dünya hazırda iqlim dəyişiklikləri, münaqişələr, bərabərsizlik, mənzil təhlükəsizliyi problemləri və artan borc təzyiqləri kimi bir-biri ilə əlaqəli çoxsaylı böhranlarla üz-üzədir. Onun sözlərinə görə, bu problemlər dövlətlərin maliyyə imkanlarını məhdudlaşdırır, əlçatan mənzil, dayanıqlı infrastruktur və əsas xidmətlərə investisiya yatırılmasını çətinləşdirir.

Amina Mohammed vurğulayıb ki, forum çoxtərəfli əməkdaşlığın, çoxsəviyyəli idarəetmənin və yerli fəaliyyətin vacib rolunu bir daha nümayiş etdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: