Bu gün WUF13 çərçivəsində postmünaqişə dövründə şəhərsalma fəaliyyətində minatəmizləmənin rolu müzakirə edilib. Düşünürəm ki, çox maraqlı diskussiyalar oldu.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) jurnalistlərə açıqlaması zamanı ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O qeyd edib ki, Azərbaycanda Böyük Qayıdış Proqramına uyğun fəaliyyət icra olunur və bütün işlər minatəmizləmədən sonra görülür.
“Hazırda işğaldan azad olunmuş ərazilərdə kəndlərimiz, şəhərlərimiz bərpa olunur, məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıdırlar.
2020-ci ilin noyabr ayından bu günədək 270 min hektardan çox ərazi təmizlənib, 250 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”.
