Qadınların genderəsaslı zorakılıqdan qorunması üçün adekvat mənzilə çıxış mühüm əhəmiyyət daşıyır.
NUHÇIXAN xəbər verir ki, bunu Böyük Britaniya Lordlar Palatasının üzvü, Millətlər Birliyinin 6-cı Baş katibi Patrisiya Skotland Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil” mövzusunda dəyirmi masada bildirib.
O deyib ki, məişət zorakılığı ilə mübarizə sahəsində sistemli və inteqrasiya olunmuş yanaşma vacibdir. Patrisiya Skotland qeyd edib ki, Böyük Britaniyada çalışdığı dövrdə çoxsektorlu qiymətləndirmə sistemi yaradılıb.
“Biz artıq işləyən mexanizmləri yenidən kəşf etməməliyik. Hansı sistemlərin nəticə verdiyini bilirik və onları paylaşaraq tətbiq etməliyik”, - deyə Patrisiya Skotland bildirib.
O vurğulayıb ki, uşaqların məişət zorakılığı olan ailələrdə böyüməsi onların sağlamlığına, təhsilinə və psixi vəziyyətinə ciddi təsir göstərir.
