Suriyada postmüharibə dövründə 30 milyon insan köçkün vəziyyətindədir

A- A A+

Postmünaqişə zonalarında şəhərsalmanın bərpası zamanı ən böyük çağırış torpaq mülkiyyəti məsələlərində etimadın və hüquqi sənədlərin bərpasıdır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri GIZ təşkilatının Proqram meneceri Lena Vayler Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Təcrübədə sadə keçidlər: Qeyri-rəsmi və böhran üçün rəqəmsal alətlərin birgə yaradılması” adlı tədbirdə deyib.

O, müharibədən zərər çəkmiş regionlardakı acınacaqlı vəziyyətə toxunub: “BMT UN-Habitat ilə birlikdə çalışdığımız Suriyada hazırda aktiv fəaliyyətimiz var. Orada təxminən 30 milyon insanın köçkün vəziyyətinə düşdüyü postmüharibə şəraiti mövcuddur. Belə bir şəraitdə əsas sual ortaya çıxır: torpaq kimə məxsusdur və kim onun üzərində hüququnu sübut edə bilər? Torpaq mülkiyyətini təsdiqləyən sənədlərin rəqəmsal idarə olunması olduqca çətin və kritik məsələdir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: