Vüqar Süleymanov: 270 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

A- A A+

Mina təhlükəsi yalnız Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində bərpa prosesini ləngidir, inkişaf imkanlarını məhdudlaşdırır və əhalinin təhlükəsizliyini risk altında saxlayır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Münaqişədən sonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” mövzusundakı tədbirdə ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O qeyd edib ki, məhz bu səbəbdən bugünkü platforma xüsusi əhəmiyyət daşıyır. Mina probleminin aradan qaldırılması yalnız milli səylərlə məhdudlaşmır, davamlı beynəlxalq dəstək, tərəfdaşlıq, innovativ yanaşmalar və qabaqcıl təcrübələrin paylaşılmasını zəruri edir.

“2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan bu problemin həlli istiqamətində irimiqyaslı addımlar atıb. 2020-ci ilin noyabr ayından bəri 270 min hektardan çox ərazi təmizlənib, 250 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”, - deyə Vüqar Süleymanov vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: