Kollektivlər Nehrəm İmamzadəsində olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatlarının kollektivləri Nehrəm  İmamzadəsini  ziyarət ediblər.   

Ziyarətçilərə Nehrəm İmamzadəsi barədə məlumat verilib. Bildirilib ki, bu abidə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə əsaslı şəkildə bərpa olunaraq əhalinin istifadəsinə verilib. Bərpa işləri aparılarkən Türk-islam memarlıq elementlərindən istifadə olunub, İmamazadənin tarixi görkəmi qorunub saxlanılıb. Nehrəm İmamzadəsinin bərpa olunması tarixi və dini-mədəni irsimizə göstərilən qayğının daha bir ifadəsidir.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: