Bəxtiyar Əsgərov Frankofoniya Həftələrinin bağlanışı münasibətilə təşkil edilmiş konsertdə iştirak edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, ölkəmizdə Frankofoniya Həftələrinin bağlanışı münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Mədəniyyət Nazirliyinin, Fransanın Azərbaycandakı səfirliyinin və “Institut Français” institutunun Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə klassik musiqi axşamı keçirilib.
Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli Səfiri xanım Orelia Buşezin dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycanda 2019-cu il Frankofoniya Həftələrinin bağlanışı münasibətilə təşkil edilmiş konsertdə iştirak edib.
Xatırladaq ki, Bakıda Frankofoniya Həftələri martın 30-dan aprelin 15-dək Fransa, Belçika, Kosta-Rika, Yunanıstan, Macarıstan, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə, Estoniya, Litva və Latviyanın Azərbaycandakı səfirliklərinin, həmçinin Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin dəstəyi ilə keçirilib.
Frankofoniya Həftələri çərçivəsində filmlər nümayiş olunub, musiqi axşamları, sərgilər, müsabiqələr və başqa tədbirlər təşkil edilib.