Komitədən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin və Komitənin tabeliyində olan Dövlət Yer quruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun kollektivləri Naxçıvan Duz Muzeyini ziyarət ediblər.
Muzeydə qeyd olunub ki, beş min illik tarixə malik Naxçıvanda şəhər mədəniyyətinin əsasını duzçıxarma və duz mədənçiliyi təşkil edib. Naxçıvan Duzdağından eramızdan əvvəl V əsrdən mədən üsulu ilə duz çıxarılıb ki, bu da dünyada bu yolla duzun ilk emalı təcrübəsidir. Arxeoloji qazıntılar zamanı burada müxtəlif dövrlərə aid daş alətlərlə yanaşı, Eneolit və İlk Tunc dövrlərinə aid keramika məmulatları da aşkar olunub.
Tanışlıq zamanı muzeydə nümayiş olunan qədim daş alətlər-çəkic, həvəngdəstə, çapacaq və daş baltalar, saxsıdan və gildən hazırlanmış duz qabları, duz torbaları və digər eksponatlar əməkdaşlarda maraq yaradıb.