Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən mayın 18-24-də icra edilən əməliyyatlara dair məlumatı açıqlayıb.
ANAMA-dan NUHÇIXAN-a bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən piyadaəleyhinə 45, tankəleyhinə 33 mina və 416 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həmin müddətdə 2092 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.
