Naxçıvanda bilyard birinciliyinin qalibi bəlli olub - FOTOLAR

A- A A+

23-24 may tarixlərində bilyard üzrə (qarışıq piramida) muxtar respublika birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan yarış Naxçıvan şəhərində yerləşən “Uğur" bilyard salonunda reallaşıb. Birincilikdə 32 iştirakçı mükafatlar uğrunda mübarizə aparıb.

İki gün davam edən maraqlı idman mübarizəsinin sonunda Əli Həsənov yarışın qalibi olmaqla baş mükafata – kuboka layiq görülüb. Rinad Əliyev ikinci, Nahid Hüseynov və Əyyub Balabəyli isə üçüncü yerin sahibi olublar. İlk üç yerin sahiblərinə diplom və medallar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Uğur” Bilyard Salonu ilə birgə təşkil etdiyi yarış regionda bilyard idman növünün inkişafı, oyunçular arasında təcrübə artımı və rəqabət mühitinin gücləndirilməsi məqsədinə xidmət edib. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: