“DOST Müfəttiş” layihəsi üzrə 28 müəssisədə diaqnostik qiymətləndirmə aparılaraq dəstək göstərilib

A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən icra edilən “DOST Müfəttiş” layihəsi üzrə artıq 28 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, müəssisələrdə qiymətləndirmə əmək qanunvericiliyinin tətbiqi, əməyin mühafizəsinin təşkili, insan resurslarının idarəedilməsi və elektron altsistemlərdən istifadə istiqamətlərini əhatə edib.

Həmin sahələrdə mövcud olan boşluqlar, risklər aşkarlanmaqla, onların aradan qaldırılması üçün işəgötürənlərə tövsiyələr verilib, təlim və konsultasiya dəstəyi göstərilib.

Könüllü və ödənişsiz əsaslarla həyata keçirilən layihə iş yerlərində əmək münasibətlərinin qanunvericiliyə uyğun tətbiqinə xidmət edir. Həmçinin, layihə müəssisələrin inzibati məsuliyyət risklərinin azaldılmasına hədəflənib.

“DOST Müfəttiş” layihəsi çərçivəsində müəssisələrlə birgə işlər hazırda da davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: