Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində hazırda 16 nəfərə xidmət göstərilir. Onlardan 10-u uşaqdır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində onların sosial reabilitasiyası və sosial statuslarının bərpası sahəsində işlər aparılır.
2021-ci ildə fəaliyyətə başlayan şöbədə müasir tələbələrə uyğun şərait yaradılıb. Həmin şəxslərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür.
Ötən dövrdə burada 48-i uşaq olmaqla 74 nəfərlə reabilitasiya işi aparılıb.
