Mayın 23-ü gecə saatlarında Babək rayonu Çeşməbasar kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində yaralanan şəxslərdən biri həyatını itirib.
NUHÇIXAN-ın məlumatına görə, "Hyundai" markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alan Əlizadə Nail İlham oğlu həkimlərin səylərinə baxmayaraq müalicə aldığı xəstəxanada vəfat edib.
Qəza zamanı yaralanan digər şəxslər - İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, Vəliyev Şahin Elxan oğlu, Qasımov Zeynal Elxan oğlu və Rzazadə Samiq Səbuhi oğlunun müalicələri davam etdirilir.
Şahin Vəliyevin vəziyyəti isə ağır qiymətləndirilir.
