Dörd narkokuryerdən 40 kiloqram narkotik vasitə və 500 metodon həbi aşkarlanıb - FOTOLAR

A- A A+

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə əməliyyatlar keçirib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Bakı və Sumqayıt şəhərləri, eləcə də Masallı rayonunda keçirilən tədbirlər nəticəsində əvvəllər məhkum olunan Əliağa Nağıyev, Cavid Ağasıyev, Mikayıl Xudaşov və Hikmət Hüseynov saxlanılıblar.

Onlardan 40 kiloqram tiryək, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 500 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Saxlanılanların xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə narkokuryerlik etdikləri müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: