Naxçıvanda Xüsusi Riskli Xilasetmə Xidməti taktiki-xüsusi təlim keçirib  - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin və qarşılıqlı fəaliyyətin təşkili. Zədələnmə ocaqlarında axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasının idarə edilməsi” mövzusunda taktiki-xüsusi təlim keçirib.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hadisələr zamanı xilasetmə qüvvələrinin operativ fəaliyyətinin təkmilləşdirilməsi, idarəetmə bacarıqlarının artırılması, fəaliyyətin təşkili və şəxsi heyətin peşə hazırlığının yoxlanılması olub.

Təlimin planına uyğun olaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti yüksək hazırlıq dərəcəsinə gətirilib, hadisə yerinə yürüşün keçirilib və toplanma rayonunda yerləşdirilməsi təmin olunub. Daha sonra xilasetmə və digər təxirəsalınmaz işlər uğurla həyata keçirilib.

Sonda təlimin nəticələri təhlil edilib, müvafiq tapşırıqlar verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: