NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qrafikə uyğun olaraq, vətəndaşlara qeyri-iş günlərində də ədliyyə xidmətləri göstəriləcək.
Belə ki, Naxçıvan “ASAN xidmət” mərkəzində yerləşən Qeydiyyat Şöbəsi və Notariat ofisi mayın 30-31-də saat 09:00-dan 16:00-dək fəaliyyət göstərəcək.
Muxtar respublikanın digər notariat ofisləri isə aşağıdakı növbəli iş qrafikinə uyğun xidmət göstərəcəklər:
Babək rayon Notariat Ofisi – mayın 29-da saat 10:00-dan 13:00-dək;
Şərur rayon 2 saylı Notariat Ofisi – mayın 29-30-da saat 10:00-dan 13:00-dək;
Culfa rayon Notariat Ofisi – mayın 27-də saat 10:00-dan 13:00-dək;
Şahbuz rayon Notariat Ofisi – mayın 29-da saat 10:00-dan 13:00-dək;
Kəngərli rayon Notariat Ofisi – mayın 29-da saat 10:00-dan 13:00-dək fəaliyyət göstərəcək.
Vətəndaşlar qeyd olunan tarixlərdə müvafiq notariat ofislərinə müraciət edə bilərlər.
