Bakıya diametri 4 millimetrədək olan dolu düşüb

A- A A+

Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 16:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasının bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb.

Xidmətdən NUHÇIXAN-a verilən məlumata görə, dolunun diametri 4 millimetrədək qeydə alınıb.

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: