Polis Astarada əməliyyat keçirib, 45 kq narkotik vasitə dövriyyədən çıxarılıb

A- A A+

Astara rayonu ərazisində keçirilən əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik vasitə gətirməyə cəhd edən şəxslər saxlanılıblar.

NUHÇIXAN xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd edilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş 38 yaşlı Tural Bəkirov və 53 yaşlı Mehman Abdurahmanov saxlanılıblar.

Onlardan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 45 kiloqram marixuana, eləcə də 650 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: