Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.
ANAMA-dan NUHÇIXAN-a verilən məlumata görə, azad olunan ərazilərdə may ayı ərzində 173 piyada əleyhin, 111 tank əleyhinə mina, 1 537 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 7520.2 hektar ərazi minalardan təmizlənib.
