Naxçıvanda uşaqların sayı açıqlanıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə, 2026-cı il yanvarın 1-i vəziyyətinə Naxçıvan Muxtar Respublikasında uşaqların ümumi sayı 112 min 543 nəfər olub ki, bu da region əhalisinin ümumi sayının 23,8 faizini təşkil edir. Rəsmi statistikaya əsasən, uşaqların 58 min 906 nəfəri oğlan, 53 min 637 nəfəri isə qız uşaqlarıdır.

Komitədən bildirilib ki, bu ilin yanvar-mart aylarında muxtar respublika üzrə 680 körpə doğumu qeydə alınıb. Hesabat dövründə doğulan uşaqların cinslər üzrə nisbətində bərabərlik müşahidə olunub. Belə ki, dünyaya gələn körpələrin 340-ı, yəni 50 faizi oğlan, eyni vəziyyətdə 340-ı, yəni 50 faizi isə qız olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: