Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının tarixi və gündəliyi açıqlanıb

A- A A+

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası iyunun 5-də keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, iclasın gündəliyinə 8 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. "Diplomatik xidmət haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

2. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi

3. "Dövlət qulluğu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

4. Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və "İcra haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

5. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)

6. Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

7. "Yaşıllıqların mühafizəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

8. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: