Naxçıvandakı ağır qəzada ölənlərin sayı 2-yə çatıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, mayın 23-də Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərdən daha biri xəstəxanada vəfat edib.

Hadisə Babək rayonunun Çeşməbasar kəndi ərazisində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində ağır xəsarətlər alan 2002-ci il təvəllüdlü Vəliyev Şahin Elxan oğlu müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, qəzadan üç gün sonra hadisə zamanı xəsarət alan digər şəxs – 22 yaşlı Əlizadə Nail İlham oğlu da xəstəxanada vəfat etmişdi.

Beləliklə, sözügedən yol qəzasında həyatını itirənlərin sayı 2-yə çatıb.

Hazırda xəsarət alan daha 4 nəfərin müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: