Müəllimlər İnstitutu “Startap Naxçıvan” hərəkatına uğurla qoşulub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə 15 aprel 2019-cu il tarixdə  keçirilmiş “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” müşavirədən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.

İnstitutun rektoru Elbrus İsayev keçirilmiş müşavirə haqqında geniş məlumat verərək, institutda yaradılmış şəraitdən, maddi-texniki bazanın hazırkı yüksək səviyyəsindən danışıb. O, “Startap Naxçıvan” hərəkatına  İnstitutun uğurla qoşulması üçün kollektivi səfərbərliyə dəvət edib. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamından irəli gələrək Naxçıvan Müəllimlər İnstitutunda İnnovasiya laboratoriyası (İnnoLab) yaradılıb. Bu laboratoriya institutda tələbələrin Startapla bağlı biliklərinin formalaşması, biznes layihə və planlarının qurulması, bu layihələrin təqdimatı ilə bağlı maarifləndirici treninqlərin keçirilməsini təmin edir. Həmçinin tələbələrin və müəllimlərin innovativ təkliflərinin həyata keçirilməsinə, bu layihələrin informasiya texnoloji təminat mühitinin yaradılmasına, internetdə bu layihələrin müzakirə olunmasına köməklik göstərir. 

Bildirilib ki, Naxçıvan Müəllimlər İnstitutunun internet saytında da startap layihələrin qəbulu ilə bağlı “İdeya bankı” yaradılıb. “İdeya bankı”na innovativ pedaqoji layihələri olan istənilən şəxs müraciət edə bilər.

Sonda tədbir iştirakçıları İnnovasiya laboratoriyasının açılışında iştirak ediblər və  “İdeya bankı”nın təqdimatı olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: