“Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” qeyd olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika kitabxanasında “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” qeyd olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Gülbuta Babayeva və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev bildiriblər ki, muxtar respublikamızda ədəbiyyatın, mədəniyyətin, incəsənətin, milli-mənəvi dəyərlərin qorunması istiqamətində, eləcə də kitab nəşri və müəlliflik hüquqlarının qorunması sahəsində ardıcıl tədbirlər görülüb. Nəşriyyatların maddi-texniki bazası yaxşılaşıb,  yaradıcı insanlara qayğı və diqqət artırılıb, zəngin qanunvericilik bazası yaradılıb.

Kitabxanın direktoru Tamella Əsgərova qeyd edib ki, bu gün xalqımızın tarixi, mədəniyyəti, folkloru, ədəbiyyatı, musiqisi, yallıları, memarlığı, milli mətbəxi, geyimləri, mədəni irsi haqqında bir-birindən maraqlı kitablar nəşr olunur, məqsədyönlü tədbirlər həyata keçirilir.

 Tədbirdə kitab sərgisinə də baxış  olub.

Xanım Rüstəmzadə

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: