Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respulikası Vergilər Nazirliyində hamiliyə verilən “Naxçıvan” Universitetinin İqtisadiyyat ixtisasının tələbələri ilə görüş keçirilib.
Görüşdə Vergilər Nazirliyinin Aparat rəhbəri Əli Şabanov, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Qəzənfər Bayramov və “Naxçıvan” Universitetinin iqtisadiyyat fakültəsinin dekanı Mehriban İmanova çıxış ediblər.
Tələbələrə Vergilər Nazirliyinin iş prinsipi, şöbələrin fəaliyyət istiqaməti haqqında tələbələrə geniş məlumatlar verilib. Müxtəlif mövzularla bağlı fikir mübadiləsi aparılıb və tələbələr əyani şəkildə işlərin yerinə yetirilməsi prosesi ilə tanış olublar.