Muzey əməkdaşları seminar-treninqdə iştirak ediblər

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Duz Muzeyində “Bələdçilərin nitq mədəniyyəti və etik davranış qaydaları” mövzusunda muzey əməkdaşları üçün seminar-treninq keçirilib.

Tədbirdə nazirliyin baş məsləhətçisi Qumral Əsədova Nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirak etdiyi tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ötən il muzeylərdə 19 seminar-treninq keçirilib, muzey işi ilə bağlı 4 dəyirmi masa təşkil edilib. Keçirilən seminar-treninqlərdə muzey əməkdaşları vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat əldə edirlər.

Tədbirdə Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli “Bələdçilərin nitq mədəniyyəti və etik davranış qaydaları” mövzusunda çıxış edib.

Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyasına da baxıblar. Seminar-treninqdə mövzu ilə bağlı muzey əməkdaşlarının sualları cavablandırılıb.

Qeyd edək ki, 2018-ci ildə muxtar respublikanın muzeylərinə 1564 eksponat daxil olub. Bu müddətdə muzeyləri 592 min 683 nəfər tamaşaçı ziyarət edib. Onların  178 mindən çoxu xarici ölkə vətəndaşı olub.

 

Əli Rzayev

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: