AKTA rəsmisi: Milli kibertəhlükəsizlik məhsul və xidmətlərinin sayı artırılmalıdır

A- A A+

“4-cü Milli Kibertəhlükəsizlik Forumu”na maraq olduqca böyükdür. Belə ki, tədbirdə iştirak üçün 1500-dən çox şəxs qeydiyyatdan keçib. Hazırda forumun qapalı hissəsində dövlət qurumlarının və özəl sektorun nümayəndələri, eləcə də rəhbər şəxslər iştirak edirlər.

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov jurnalistlərə açıqlamasında deyib.

“Tədbirə 10-dan çox ölkədən 40-a yaxın beynəlxalq ekspert qatılıb. Həmçinin CrowdStrike və Huawei kimi aparıcı beynəlxalq şirkətlərin nümayəndələri forumda iştirak edirlər. Forumun açıq hissəsində isə mindən çox mütəxəssis, tələbə və gəncin iştirakı gözlənilir. Builki forumun əsas yeniliklərindən biri “Huawei” ilə əməkdaşlığın memorandum vasitəsilə rəsmiləşdirilməsidir. Eyni zamanda Gürcüstan, Ukrayna və Moldova tərəfdaşları ilə əməkdaşlıq memorandumları imzalayacağıq. Bu sənədlər regionda yeni layihələrin həyata keçirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün zəmin yaradacaq”, – deyə o bildirib.

İcraçı direktor forumda təqdim olunan statistik məlumatlara da toxunaraq bildirib ki, dövlət qurumlarının kibertəhlükəsizlik üzrə məsul şəxsləri son dövrlərdə kiberhücumların və kiberinsidentlərin sayında ciddi artım müşahidə olunduğunu diqqətə çatdırıblar: “Hər gün yüz minlərlə kiberhücum cəhdi qeydə alınır. Bu isə kibertəhlükəsizlik sahəsinin strateji əhəmiyyətini bir daha göstərir. Forum vasitəsilə beynəlxalq təcrübənin öyrənilməsi və xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Gələcəkdə xarici texnologiyalardan asılılığın azaldılması və milli texnoloji potensialın gücləndirilməsi üçün milli məhsul və xidmətlərin sayını artırmalıyıq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: