Naxçıvanda nəqliyyat sektorunda yük daşınması 2,3, sərnişin daşınması isə 1,8 faiz artıb

A- A A+

Yanvar-mart aylarında muxtar respublikada nəqliyyat sektorunda 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,3, sərnişin daşınması 1,8 faiz artıb. Yük və sərnişin daşınmasından, bütövlükdə, 11 milyon 900 min manat gəlir əldə edilib ki, bu da bir il öncəki göstəricidən 2 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2019-cu ilin yanvar-mart aylarında Naxçıvan şəhərdaxili, Şərur rayonunun Kərimbəyli, Ordubad rayonunun Dəstə kəndlərində avtomobil yollarının yenidən qurulması başa çatdırılıb. Culfa-Ordubad magistral avtomobil yolunun, Şahbuz rayonunun Badamlı kəndində avtomobil yolunun yenidən qurulması davam etdirilib, Şərur rayonunun Şərur şəhərinə giriş, Muğanlı və Muğancıq Mehrab, Babək rayonunun Kültəpə və Gülşənabad, Şahbuz rayonunun Türkeş kəndlərində avtomobil yollarının yenidən qurulmasına başlanılıb.

Həmçinin Şahbuz şəhərində aviakassa binasının tikintisi başa çatdırılıb, Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması, Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.

Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə cari ilin yanvar ayında Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutunda gecə reysləri fəaliyyətə başlayıb.

Culfa stansiyasında İstismar Vaqon Deposunun tikintisi, Park “V” İdarəetmə Mərkəzinin və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binalarının əsaslı təmiri isə davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: