Overçuk: Aİ-nin Ermənistana 50 milyon avroluq yardımı heç nəyi həll etməyəcək

A- A A+

Avropa İttifaqının (Aİ) Ermənistana ayırmaq niyyətində olduğu təqribən 50 milyon avro həcmində maliyyə yardımı iqtisadi dəstək baxımından qətiyyən heç nəyi həll etməyəcək.

NUHÇIXAN "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Bu, qətiyyən heç nəyi həll etmir. Bizim (Ermənistanla) ticarət həcmlərimiz tamamilə fərqlidir, bunu heç şərh etmək belə istəmirəm", - A.Overçuk qeyd edib.

Daha əvvəl Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen bildirib ki, Aİ Rusiyanın Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlər fonunda bu ölkəyə 50 milyon avro həcmində maliyyə dəstəyi paketi hazırlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: