İnstitutun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, keçirilən tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib, “23 aprel – Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü” haqqında və kitabın insan həyatındakı əhəmiyyəti barədə geniş məlumat verib.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun kitabxana müdiri Şəfayət Sadiqova“23 aprel – Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü”nünyaranma tarixi və səbəbləri,İnstitutun “Məktəb” nəşriyyatının direktoru Nicat Yaqubov “Müəllif hüquqlarının mahiyyəti və əhəmiyyəti” haqqında geniş məlumat veriblər.
Tədbirdə həmçinin oxunması zəruri olan kitablardan Amerika yazıçısı Cek Londonun “Həyat eşqi” hekayəsinin müzakirəsi keçirilib.