Naxçıvanda taxıl biçininə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında taxıl biçininə start verilib.

İlk biçin işləri Ordubad rayonunun Dəstə kəndində aparılır. Kənd təsərrüfatı istehsalçıları biçinə müasir kombaynlar cəlb etməklə məhsulun itkisiz və qısa müddətdə yığılmasını təmin etməyə çalışırlar.

Hazırda biçin aparılan sahədə məhsuldarlıq hər hektardan orta hesabla 30 sentner təşkil edir. Mütəxəssislərin hesablamalarına görə, mövsüm ərzində muxtar respublika üzrə taxıl sahələrində orta məhsuldarlığın 32-35 sentner/hektar səviyyəsində olması gözlənilir.

Qeyd edək ki, ötən il Naxçıvan Muxtar Respublikasında taxıl üzrə orta məhsuldarlıq 25,1 sentner/hektar olmuşdu. Bu il əlverişli hava şəraiti və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi nəticəsində məhsuldarlığın daha yüksək olacağı proqnozlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: