Aprelin 24-də yerli vaxtla saat 11:15-də Kəlbəcər ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN-a verilən məlumata görə, Zəlzələ Gəncə seysmoloji stansiyasından 60 kilometr cənubda Kəlbəcər ərazisində 10 kilometr dərinlikdə baş verib. Maqnitudası 3,4 olan zəlzələ hiss olunmayıb.