İlin əvvəlindən indiyədək 70 uşaq övladlığa verilib

A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən il ərzində 70 uşaq övladlığa verilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumata görə, övladlığa verilən uşaqlardan 34-ü qız, 36-sı isə oğlandır.

Bildirilib ki, uşaqların övladlığa verildikləri ailələrdə vəziyyətinin izlənilməsi məqsədilə mütəmadi monitorinqlər həyata keçirilir. Belə ki, övladlığagötürmənin ilk ilində hər rüb, sonrakı illərdə isə ildə bir dəfə olmaqla uşaqların 18 yaşınadək ailədəki şəraiti qiymətləndirilir. Övladlığa götürülən uşaqlar sosial təminat, əmək və vergi münasibətləri sahələrində nəzərdə tutulan bir sıra güzəştlərdən də yararlana bilirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: